Avropa İttifaqının iki nüfuzlu xanım diplomatı arasında fikir ayrılığı getdikcə artır.
Oxu.Az "Euractiv" nəşrinə istinadən xəbər verir ki, Avropa İttifaqının (Aİ) xarici siyasət xidmətinin rəhbəri Kaya Kallasla Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayenin münasibətləri daha da korlanıb.
Məlumata görə, Kallas der Lyayenin Berlemonda kəşfiyyat mərkəzi yaratmaq planı ilə razılaşmadığını bəyan edib. O, belə bir hərəkətin funksiyaların təkrarlanmasına və resursların çatışmazlığına səbəb olacağını dilə gətirib.
"Biz azalan real resurslarla Avropanın dünyadakı rolunu qoruyub saxlaya bilmərik", - deyə Kallas bildirib.
Fon der Lyayenin Kallasın yüksək vəzifəli diplomat Martin Zelmayrı Avropa Komissiyasına bərpa etmək cəhdinin qarşısını aldıqdan sonra tərəflər arasında gərginliyin bir qədər də artdığı qeyd olunur.