Avropa İttifaqı ölkələri Macarıstanın vetosunu dəf edərək Rusiya diplomatlarının birlik daxilində hərəkətinə məhdudiyyətlər qoyulmasına razılıq veriblər.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Financial Times" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, bundan sonra rusiyalı diplomatlar üçüncü ölkələrə səfər etmək üçün qəbul edən tərəfi əvvəlcədən məlumatlandırmalı olacaqlar.