Ucar rayonunda bədbəxt hadisə baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Qaracallı kəndində qeydə alınıb.
İntiqam Vaqif oğlu Zahidov evinin həyətindəki su hovuzunda elektrik cərəyanı vurması nəticəsində ölüb.
Faktla bağlı Ucar Rayon Prokurorluğunda araşdırma aparılır.
Samir Əli