Avropa İttifaqı (Aİ) Suriyaya qarşı tətbiq edilən iqtisadi sanksiyaları tamamilə ləğv etmək qərarı qəbul edib.
Oxu.Az xəbər verir ki, bunu Brüsseldə keçirilən Aİ Şurasının iclasından sonra ittifaqın Xarici İşlər üzrə Ali Nümayəndəsi Kaya Kallas açıqlayıb.
"Bu gün Suriyaya qarşı iqtisadi sanksiyalarımızı ləğv etmək qərarı aldıq. Suriya xalqının yeni, inklüziv və sülhsevər bir Suriya qurmasına kömək etmək istəyirik", - deyə o "X"də paylaşım edib.
Kallas qeyd edib ki, Aİ 14 il ərzində Suriya xalqını dəstəkləyib və bunu davam etdirməyə hazırdır.
Suriyanın xarici işlər naziri Əsəd Həsən əl-Şibani öz "X" hesabında Aİ-yə ölkəyə qarşı sanksiyaların ləğvi üçün təşəkkür edib. O, bu qərarın Suriyada təhlükəsizlik, sabitlik və rifahı gücləndirəcəyini vurğulayıb.