Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
Naxçıvan şəhərinin bir sıra küçə və məhəllələrində qaz təchizatında fasilə yaranacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Naxçıvan Qaz İstismar Xidməti məlumat yayıb.
Bildirilib ki, Qoçüstü məhəlləsi və Cahan Gənclər şəhərciyini təbii qazla təmin edən quyunun təmiri və çölə çıxarılması ilə əlaqədar olaraq, Naxçıvan şəhər Əziz Əliyev küçəsi, Cahan Gənclər şəhərciyi, Xətai məhəlləsi, 11, 20, 21-ci məhəllələr, Qoçüstü, Çənlibel məhəllələri, 57 Bazar, Sabir küçəsinin bir hissəsi, Nazim Hikmət küçəsi, Su 6 qəsəbəsi, 48, 49-cu məhəllələr - Cahan Gənclər şəhərciyində qaz təchizatı mayın 21-də saat 14:00-dan 17:00-dək müvəqqəti dayandırılacaq.
Təmir işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək.
Babək rayonunun bir sıra kəndlərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq
Oxu.Az xəbər verir ki, bu barədə Naxçıvan Qaz İstismar Xidməti məlumat yayıb.
Bildirilib ki, 76 mm və 89 mm-lik boruların korroziyaya uğraması səbəbindən yeraltı xətlər yerüstü xətlərlə əvəz olunacaq. Bu səbəbdən qaz təchizatı mayın 21-də saat 09:00-dan etibarən Babək rayonunun Qahab, Naxışnərgiz, Nəcəfəlidizə, Nəhəcir və Göynük kəndlərində müvəqqəti olaraq dayandırılacaq.
Təmir işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək.
Sabah Sabirabad rayonunun 7 kəndində qaz təchizatı dayandırılacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, "Azadkənd" qazpaylayıcı stansiyasından (QPS) qidalanan Sabirabad rayon kəndlərini təbii qazla təmin edən PE 250, 200, 160, 110 mm-lik yeraltı qaz kəmərlərində kipliyin sınağı məqsədilə mayın 21-də saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək rayonun 7 kəndində qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.
Qeyd edilib ki, bu müddət ərzində rayonun Azadkənd, Poladtoğay, Yaxadəllək, Beşdəli, Qarağac, Dadaşbəyli, Minbaşı kəndlərində (ümumi 2 211 abonent) qaz təchizatı dayandırılacaq.