Avropa İttifaqı yeni Ukrayna hökumətinə islahatlar aparmaq üçün 20 milyard avro verməyə hazırdır.
Oxu.Az İTAR-TASS-a istinadən bildirir ki, bu haqda məlumatı yerli KİV Avroparlamentin beynəlxalq işlər üzrə Komitəsinin başçısı Elmar Brok verib:
“Mənim fikrimcə, Ukraynada yeni hökumət formalaşdıqdan sonra, ölkəni defoltdan xilas etmək üçün AB 20 milyard avro təqdim edə bilər” – deyə parlamentari bildirib.
O qeyd edib ki, Avropa İttifaqının yardımı ölkədə daha yaxşı iqtisadi şəraitin yaradılmasına və “Aİ ilə assosiasiya barədə Sazişin imzalanmasına” hazırlığa istiqamətlənib.
Brok, həmçinin Ukraynada lazımi islahatları aparacaq hökumətin, tezliklə hakimiyyət başına keçəcəyinə ümid etdiyini bildirdi.
“Biz bu hakimiyyəti dəstəkləyəcəyik. İnsanların defoltdan və Ukraynanın yardımsız qalacağından qorxmağına gərək yoxdur” – deyə, Brok bildirib.
Brok başda olmaqla, Aİ-nin rəsmi nümayəndəliyi keçən həftə sonu Ali Radanın bir qrup deputatı ilə ölkənin böhrandan çıxması üçün yardım məsələlərini müzakirə etmək üçün Kiyevdə olub. Qeyd edilib ki, bu qrup məhz yanvarın sonunda Kiyevə səfər edən, Aİ-yə daxil olan partiyaları təmsil edən deputatlar qrupudur.
Fevral ayının 23-də Radanın spikeri Aleksandr Turçinov bildirib ki, Ukrayna iqtisadiyyatının vəziyyəti bərbaddır və xəzinədə vəsait olmadığını əlavə edib.
Fevral ayının 24-də Strasburqda Aİ növbəti plenar sessiyaya başlayacaq, iştirakçılar Ukrayna konfliktini müzakirə edərək, qərar qəbul edəcəklər. İki həftə bundan qabaq Aİ Ukraynadakı vəziyyəti müzakirə edərək, ünvanlı sanksiyalar qəbul etməyə, aksiyaçı və hökuməti isə güc tətbiq etməməyə çağırıb.