Ukraynanın paytaxtı Kiyevdə baş verən iğtişaşlar zamanı ölənlərin sayı 75-ə çatıb, 363 yaralı isə xəstəxanaya yerləşdirilib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, “RİA Novosti”-nin verdiyi məlumata görə, bu barədə Ukrayna Səhiyyə Nazirliyinin açıqlamasında deyilir.
Məlumata görə, ümumilikdə, tibbi yardımın alınması üçün 571 yaralı müraciət edib, onlardan 363-ü xəstəxanaya yerləşdirilib. Səhiyyə Nazirliyinin açıqlamasında bildirilir ki, 76 yaralının vəziyyəti ağırdır.