İtaliyalı Guido Raymondi Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) yeni sədri seçilib.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat təşkilatın rəsmi saytında yerləşdirilib.
Onun sədrlik səlahiyyətləri bu ilin noyabr ayının 1-dən qüvvəyə minəcək.
O, bu vəzifədə mandatı bu ilin oktyabrın 31-də başa çatan lüksemburqlu Din Şpilmanı əvəz edəcək.