Ante Kaçiç Xorvatiya yığmasının yeni baş məşqçisi təyin edilib.
Oxu.Az xəbər verir ki, mütəxəssisin məşqçi heyətinə Yosip Şimuniç və Ante Mize daxil edilib.
Xatırladaq ki, Xorvatiya millisi Avro-2016-nın seçmə mərhələsində H qrupunda 14 xalla 3-cü yerdə qərarlaşıb.
Komanda oktyabrın 10-da Bolqarıstan, 13-də isə Malta ilə qarşılaşacaq.
Qeyd edək ki, sabiq baş məşqçi Niko Kovaç Azərbaycan (0:0) və Norveçlə oyunlardan (0:2) sonra vəzifəsindən azad edilmişdi.