Amerika Birləşmiş Ştatlarının rəhbəri Donald Tramp Miçiqan ştatındakı çıxışı əsnasında Nobel Sülh Mükafatına layiq görülməməsindən növbəti dəfə şikayətlənib. Norveç Xarici İşlər Nazirliyi Trampın Nobel Mükafatı ilə bağlı şikayətlərinə cavab verib.
Oxu.Az Norveçin NRK teleradiosuna istinadən xəbər verir ki, Norveçin xarici işlər naziri Espen Bart Eyde ABŞ liderinə Nobel Komitəsinin tam müstəqil şəkildə fəaliyyət göstərdiyini xatırladıb.
"O, Nobel Komitəsinin müstəqil orqan olduğunu əla bilir. Kimdəsə hər hansı şübhə yarananda biz bunu vurğulamışıq və hazırda da vəziyyət dəyişməyib", - deyə nazir öz açıqlamasında qeyd edib.
ABŞ Prezidenti Donald Tramp Miçiqan ştatında keçirilən mitinq zamanı ona Nobel Sülh Mükafatının verilməməsinə görə Norveçi "çökmüş" və "zibilxana" ölkə adlandırıb.
Oxu.Az xəbər verir ki, bu barədə News.ru məlumat yayıb.
Trampın sözlərinə görə, mükafat "heç kimin tanımadığı bir qadına" veriləcək. Qeyd edək ki, 2026-cı il üzrə Nobel Sülh Mükafatına BMT-nin İnsan Hüquqları üzrə sabiq Ali Komissarı Navi Pilley layiq görülüb. Amerika lideri bu qərara olduqca sərt reaksiya verib.
"Düzünü desəm, Norveç iylənib. Norveç əslində bir zibilxana ölkəsinə çevrilib. Mükafatı isə heç kimin heç vaxt eşitmədiyi bir qadın aldı. Mən dedim: "Bəs mən necə? Onlar iki mükafat verirlər?" - deyə o bildirib.