Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun 1/8 finalının cavab partiyaları baş tutub.
Oxu.Az xəbər verir ki, FİDE reytinqində 22-ci yeri tutan Azərbaycanın yeganə nümayəndəsi Şəhriyar Məmmədyarov (2736), dünya reytinqində 5 nömrəli olan amerikalı Fabiano Karuano (2808) ilə oynayıb.
İlk matçda rəqibinə qalib gələn həmyerlimizə mərhələ adlamaq üçün heç-heçə də kifayət edirdi. Qara fiqurlarla mübarizə aparan Məmmədyarov məhz bu nəticəyə imza ataraq, adını 1/4 finala yazdırıb.
Şəhriyar Məmmədyarovun 1/4 finaldakı rəqibi rusiyalı Sergey Karyakinlə Dmitri Andreykin arasında keçirilən görüşün qalibi olacaq.