Bakıda keçirilən şahmat üzrə Dünya çempionatının 8/1 finalının ilk partiyaları baş tutub.
Oxu.Az xəbər verir ki, FİDE reytinqində 22-ci yeri tutan Azərbaycanın yeganə nümayəndəsi Şəhriyar Məmmədyarov (2736), dünya reytinqində 5 nömrəli olan amerikalı Fabiano Karuano (2808) ilə oynayıb.
Şəhriyar ağ fiqurlarla qələbə qazanaraq dörddə bir finala çıxmaq üçün mühüm addım atıb. Bu gün qara fiqurlarla oynayan Məmmədyarov uduzmamağa çalışmalıdır.
F.H.
www.oxu.az