Topaz Premyer-Liqasının 5-ci mərhələsinin daha iki matçı baş tutub.
Oxu.Az xəbər verir ki, “Kəpəz” Gəncədə “Qarabağ” ilə görüşüb və 2:3 hesabı ilə məğlub olub.
Qonaqlar iki qolu penaltidən vurublar – Coşqun Diniyev və Elvin Məmmədov fərqləniblər.
“Qarabağ”ın daha bir qolunu Samuel Amenteros vurub.
“Kəpəz”in heyətində Bəxtiyar Soltanov və Şəhriyar Rəhimov fərqləniblər.
Qeyd edək ki, Coşqun Diniyev atası Şahin Diniyevin məşqçisi olduğu komandanın qapısına qol vurub. “Kəpəz”də Coşqunun qardaşı Kərim Diniyev də oynayır.
Bakıda günün ikinci matçında “Neftçi” və “Xəzər-Lənkəran” görüşüb. Prinsipial rəqiblərin görüşü 1:1 hesabı ilə başa çatıb. 58-ci dəqiqədə Araz Abdullayev “Neftçi”ni önə çıxarıb, amma iki dəqiqə keçən kimi Rahid Əmirquliyev hesabda tarazlıq yaradıb. Bundan başqa, 56-cı dəqiqədə Adrian Skarlatake qonaqları azlıqda qoyub.
Xatırladaq ki, şənbə günü daha iki matç baş tutub: AZAL – “İnter” – 0:1. “Zirə” – “Rəvan” – 2:1. Bu gün saat 21:00-da mərhələnin son matçı “Qəbələ”-“Sumqayıt” arasında olacaq.
Turnirdəki cədvəlində vəziyyət:
1. “Qarabağ” - 13 xal (5 matç)
2. “İnter” - 10 (5)
3. “Zirə”- 9 (5)
4. “Neftçi”- 8 (5)
5. “Qəbələ” - 7 (4)
6. “Xəzər-Lənkəran”- 6 (5)
7. “Kəpəz” - 5 (5)
8. “Sumqayıt” - 3 (4)
9. “Rəvan” - 2 (5)
10. AZAL - 0 (5)
F.H.
www.oxu.az