Ərdoğan Davudoğluna qışqırdı, çünki ona qarşı əsəbiliyi, hirs-hikkəsi var.
Oxu.Az xəbər verir ki, bunu “İYİ Parti”nin lideri Maral Akşənər Kırıkkale şəhərində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bir çox tanınmışların, o cümlədən, AKP-li sabiq baş nazir Əhməd Davudoğlunun məzunu olduğu Boğaziçi Universiteti ilə bağlı aşağılayıcı açıqlamaları təsadüfi sayıla bilməz.
“Ərdoğan təkcə “Boğaziçi”yə qışqırmadı. O, həm də həmin universitetdən məzun olan Əhməd Davudoğluna qışqırdı. O qışqırtının, hay-küyün arxasında Davudoğluna olan kin, əsəbilik, hirs-hikkə var”, - deyə xanım Akşənər sözlərinə əlavə edib.
Kamil HƏMZƏOĞLU
www.oxu.az