ABŞ dövlət katibi Con Kerri bir neçə ərəb ölkəsinin liderini Rusiya ilə Suriya probleminin siyasi yolla həlli, Bəşər Əsədin istefası və başqa ölkəyə göndərilməsi barədə razılığa gəlməsi barədə məlumat verib.
Oxu.Az İnterfaks-a istinadən xəbər verir ki, bu barədə BMT Təhlükəsizlik Şurasındakı mənbəyə istinadən əsas ofisi Britaniyada yerləşən nüfuzlu “Al-Hayat” qəzeti məlumat yayıb.
ABŞ dövlət katibi Con Kerriyə istinadən edən BMT Təhlükəsizlik Şurasındakı mənbə qəzetə bildirib ki, Vaşinqton və Moskva Suriyadakı siyasi prosesin gələcəyi barədə razılıq əldə ediblər:
“Söhbət Suriya prezidenti Bəşər Əsədin istefası və başqa ölkəyə köçməsindən gedir”.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Al-Hayat” qəzetinin yaydığı məlumatın həqiqətəuyğun olmadığın bildirib.
“Al-Hayat” qəzeti həqiqətəuyğun olmayan məlumatı dərc edib. Rusiya tərəfinin digər tərəflərdən əlverişli fərqi Rusiyanın üçüncü ölkələrin öz müqəddəratını təyin etmə məsələlərini nə diplomatik, nə də digər kanallar ilə müzakirə etməməsidir”, - Peskov bildirib.