Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Alimlər bizim qalaktikada nəhəng qara dəlik aşkar ediblər
Yaponiya astrofizikləri Süd Yolunda ikinci böyük qara dəlik aşkar ediblər. Bundan əvvəl alimlər Qalaktikanın mərkəzində yeganə “Oxatan A*” adlı qara dəliyin mövcud olmasını bilirdilər.
Oxu.Az xəbər verir ki, tədqiqatların nəticələri Science News nəşrində dərc edilib.
Qara dəlik Süd Yolunun mərkəzindən 200 işıq ili məsafəsində yerləşir. Nəhəng obyekt 0,3 işıq ili diametrində kosmik sahəni əhatə edir və Günəşdən 100 min dəfə ağırdır. Müqayisə üçün “Oxatan A*” qara dəliyinin çəkisi Günəşin çəkisindən 4 milyon dəfə ağırdır.
Alimlər hələlik yeni obyektin məhz qara dəlik olmasına təminat vermirlər.
Nəticələr Nobeyamsk rəsədxanasından teleskop vasitəsilə CO-0.40-0.22 qaz buludunun müşahidəsi zamanı əldə olunub. İnfroqırmızı və optik diapazonlarda aparılan müşahidələr zamanı CO-0.40-0.22-də digər iri obyektlər aşkar olunmayıb.
Bu səbəbdən, alimlər belə qənaətə gəliblər ki, hissəciklər qara dəliyin təsiri altında yüksək sürət toplayırlar.
"Yaponiya" teqi üzrə xəbərlər
- Yapon barlarında müştəriləri şillələmək qadağan edildi: Maraqlı xidmət niyə dayandırıldı?
- 30 illik ənənə: Yaponiya 2024-cü ilin heroqlifini seçdi
- Yaponiyada turist avtobusu aşıb: Onlarla xəsarət alan var
- Yaponiyada doğum nisbətini artırmaq üçün maraqlı qərar: Dördgünlük iş həftəsi tətbiq ediləcək
- Putinin Yaponiya qubernatoruna hədiyyə etdiyi pişik öldü
Rəylər