Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Alman mühəndis 120 gün su altında qalaraq yeni rekorda imza atıb
Alman mühəndis Rudiger Kox Panama sahillərində 120 gün xüsusi kapsulda yaşayaraq (xüsusi sualtı sığınacaq - red), ən uzun müddət su altında qalma rekorduna imza atıb.
Oxu.Az bu barədə "France Presse" agentliyinə istinadən xəbər verib.
Belə ki, çarpayı, tualet və televizoru olan kapsul 11 metr dərinlikdə yerləşib.
Kapsulda elektrik enerjisi günəş panelləri vasitəsi ilə istehsal edilib, bundan başqa mühəndisin ehtiyat generatoru da olub.
R.Kox yalnız ərzaqla təmin edilib.
Məlumat üçün əlavə edək ki, əvvəlki rekord 100 gün su altında qalan amerikalı Cozef Dituriyə məxsus olub.
"Dünya rekordu" teqi üzrə xəbərlər
- İsveçli atlet dünya rekordunu 11-ci dəfə yenilədi
- Yüngül atletikanın yeni kralı Qrant Fişer: Bir həftədə iki dünya rekordu
- Tramp prezidentliyi dövründə artıq bir rekorda imza atıb
- Türkiyədə 1 301 çeşid dondurma ilə dünya rekordu: Balıqlı, kələmli, fındıqlı...
- Amerikalı üzgüçü dünya rekorduna imza atıb
Ən çox oxunanlar