Britaniyalı şahmatçı Bodhana Sivanandan qadınlar arasında şahmat tarixinin ən gənc beynəlxalq ustası olub.
Oxu.Az "The Guardian"a istinadən xəbər verir ki, Sivanandan bu uğura Monteneqronun Budva şəhərində keçirilən Avropa Klublar Kubokunda nail olub.
O, 1988-ci ildə 12 yaşında beynəlxalq usta titulunu qazanan əfsanəvi macar şahmatçı Yudit Polqarın rekordunu yeniləyib.
Avropa Klublar Kubokundakı uğurlu çıxışı sayəsində Sivanandanın reytinqi 2 400 həddini keçib. O, rusiyalı Aleksandra Qoryaçkinaya məğlub olsa da, sonrakı beş partiyada məğlubiyyətlə üzləşməyib: dörd qələbə qazanıb, bir oyunu isə heç-heçə ilə başa vurub.
Sivanandan açıq kateqoriyada beynəlxalq usta titulunu qazanan ən gənc yeddi şahmatçı sırasına da daxil olub. Bu kateqoriyada rekord 2025-ci ildə 10 yaş, 3 ay və 21 günlük olarkən beynəlxalq usta titulunu qazanan rusiyalı Roman Şoqciyevə məxsusdur.
Qeyd edək ki, sentyabrın sonunda britaniyalı şahmatçı qadınlar arasında tarixdə ən gənc qrosmeyster titulunun da sahibi olub.