Almaniya bəzi tərəfdaşlarının mövqeyinə baxmayaraq, Fələstinin dövlətçiliyini tanımaq niyyətində deyil.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniya Kansleri Fridrix Merts Kanadanın Baş naziri Mark Karni ilə birgə mətbuat konfransında bildirib.
"Biz bu təşəbbüsə (Fələstinin tanınması) qoşulmayacağıq. Hesab edirik ki, dövlətçiliyin tanınması üçün şərtlər heç bir şəkildə yerinə yetirilməyib… Son günlər və saatlar baş verən hadisələr bizim bu məsələ ilə bağlı mövqeyimizi dəyişməyib", - kansler vurğulayıb.
Merts qeyd edib ki, Almaniya hökuməti BMT Baş Assambleyasının sessiyasında da Fələstini tanımaq niyyətində deyil.