Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Almaniya İkinci Dünya müharibəsindən sonra ilkə imza atdı
Almaniya zirehli tank briqadasının Litvada rəsmən xidmətə başlaması mərasimi keçirilib.
Oxu.Az DPA-ya istinadla xəbər verir ki, 45-ci zirehli tank briqadasının yerləşdirilməsinə hələ ötən il başlanılıb.
Hərbi bölmədə xidmət aparacaq şəxsi heyətin 5 min nəfərdən ibarət olacağı planlaşdırılır. Onlar Litva-Belarus sərhədindən təqribən 30 kilometr aralıdakı Rudninkay poliqonunda tikiləcək kazarmalarda qalacaqlar.
Hazırda Litvada 150 alman hərbi qulluqçusu var, ilin sonuna kimi onların sayı 500-ə çatacaq.
Bildirilir ki, bu, İkinci Dünya müharibəsindən sonra Almaniyanın xaricdə ilk daimi qoşun yerləşdirməsi faktıdır.
"Almaniya" teqi üzrə xəbərlər
- Almaniya prezidenti Bakıdan paylaşım etdi
- Almaniyada qəribə hadisə: Polis saatlarla qadın kuklanın "qətlini" araşdırdı
- Bəhruz Məhərrəmov: "Azərbaycanın qətiyyəti qarşısında rəsmi Berlin üzrxahlıq etdi"
- Almaniya Prezidenti Administrasiyası Azərbaycandan üzr istədi
- Paşinyan və Ştaynmayer Azərbaycanla Ermənistan arasında sülh prosesini müzakirə ediblər