Almaniya hökuməti Türkiyədəki İncirlik hərbi bazasından öz qüvvələrini geri çəkmək barədə qərar qəbul edib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən, 260 alman əsgəri və “Tornado” təyyarələri bazadan çıxarılacaq.
Xatırladaq ki, alman hərbi qüvvələri İŞİD-lə mübarizə məqsədilə İncirlikə yerləşdirilmişdi.
A.M.