Almaniyada avtobus səkiyə çıxaraq bir qrup piyadanı vurub.
Oxu.Az SWR-ə istinadən xəbər verir ki, təxminən 10 nəfər yaralanıb. 34 yaşlı bir qadın isə həlak olub. Yaralılardan üç nəfər xəstəxanaya yerləşdirilib.
Hadisə İsveçrə ilə sərhəd yaxınlığındakı Vayl-am-Rayn (Baden-Vürtemberq) şəhərində baş verib.
İnsidentin səbəbləri hələlik məlum deyil, lakin polis bunu terror aktı deyil, qəza kimi qiymətləndirir.