Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Almaniyada avtomobil insanların üstünə sürülüb: Ölənlərin və yaralananların sayı ARTDI
Manhaymda şəhərində avtomobilin izdihama çırpılması nəticəsində ölənlərin və yaralananların sayı artıb.
Oxu.Az bu barədə RT-yə istinadla xəbər verir.
Bildirilir ki, ölənlərin sayı iki nəfərə çatıb. Bundan əlavə, 25 nəfər yaralanıb, onlardan 15-nin vəziyyəti ağırdır.
Polis şəhər mərkəzindən uzaq durmağı tövsiyə edib, çünki hazırda genişmiqyaslı əməliyyat aparılır.
Avtomobili insanların üzərinə sürənin 40 yaşlı alman olduğu məlum olub. O, Reynland-Pfalts federal torpağındandır.
Almaniyanın Manhaym şəhərində avtomobil insanların üstünə sürülüb, nəticədə azı bir nəfər ölüb.
Oxu.Az xəbər verir ki, bu barədə Mannheimer-morgen.de saytı məlumat yayıb.
Hadisə şahidlərinin sözlərinə görə, avtomobil Manhaym şəhərinin mərkəzində, su qülləsindən Parad meydanına doğru hərəkət edən insanları vurub. Bir neçə yaralının olduğu vurğulanıb.
Şəhər polisi "Mavi işıq" adlı genişmiqyaslı əməliyyat keçirir. Hadisə yerində fövqəladə xidmətlər çalışır, Lüdviqshafendəki körpü bağlanıb.
Son məlumatlara görə, avtomobili insanların üstünə sürən sürücü saxlanılıb.