Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Hava limanı ərazisində qanunsuz taksi fəaliyyəti göstərən şəxslər aşkarlandılar
Hava limanı ərazisində qanunsuz taksi fəaliyyəti göstərən şəxslər aşkarlanaraq barələrində tədbirlər görülüb.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında taksi tanınma nişanı və taksometr qurğusu olmadan sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sürücülərə qarşı polis əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir.
Bu istiqamətdə Nəqliyyatda Baş Polis İdarəsinin Hava Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat nəticəsində 32 yaşlı Azər Bəxtiyarbəyli, 25 yaşlı Rəhman Durmışev və 27 yaşlı Emin Əsgərov saxlanılıblar.
Onların aeroport ərazisində qanunsuz taksi fəaliyyəti göstərməklə yanaşı, narkotik vasitə istifadəçiləri olduqları da müəyyən edilib.
R.Durmışevin üzərində narkotik vasitələr aşkarlandığı üçün faktla bağlı cinayət işi başlanılıb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Digər iki şəxslə bağlı isə araşdırmalar davam etdirilir.

"Taksi fəaliyyəti" teqi üzrə xəbərlər
- Moskvada dəhşət: Küçənin ortasında taksi sürücüsünə atəş açan şəxs qaçdı – ANBAAN GÖRÜNTÜLƏR
- DİM taksi sürücüləri üçün növbəti imtahan keçirəcək
- Bakıda taksi sürücüsündən qeyri-adekvat davranış - Maşını gözüyumulu sürdü
- Bəzi sürücülər sərnişinləri və taksi şirkətlərini necə aldadırlar?
- Azərbaycanda fəaliyyət göstərən taksi operatorlarının sayı açıqlandı