Hamburqda “G-20” sammiti işinə başlayıb.
Oxu.Az-ın məlumatına görə, sammit kansler Angela Merkelin dövlət başçıları - “İyirmilik qrupu”nun iştirakçıları ilə rəsmi görüş mərasimi ilə start götürüb.
Sammit Hamburqun “Messe” sərgi-kompleksində keçirilir.
Almaniyada sammitdə 19 ölkənin lideri toplaşıb. Braziliyanı isə bu il maliyyə naziri təmsil edir. Sammitə İspaniya hökumətinin sədri və Sinqapurun baş naziri, Hollandiya, Norveç, Vyetnam, Seneqal və Qvineyanın liderləri dəvət olunublar.
N.О.