Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Almaniyada körpünün böyük bir hissəsi çaya düşdü
Almaniyada Karolabrüke körpüsünün böyük hissəsi Elba çayına çöküb.
Oxu.Az bu barədə "Bild" qəzetinə istinadən xəbər yayır.
Hadisə sentyabrın 11-nə keçən gecə Drezdendə baş verib. Piyada zonası və tramvay yolları olan körpünün bir hissəsi çaya düşüb. Hadisənin səbəbi məlum deyil.
Fövqəladə hadisə nəticəsində bütün şəhəri əhatə edən mərkəzləşdirilmiş istilik təchizatı xətləri də zərər görüb. Körpünün ətrafındakı ərazi mühasirəyə alınıb.
"Almaniya" teqi üzrə xəbərlər
Ən çox oxunanlar
Rəylər