Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Almaniyada Olaf Şoltsun qardaşının maaşı ilə bağlı qalmaqal yaranıb
Almaniyada Olaf Şoltsun qardaşı Yensin maaşı ilə bağlı qalmaqal yaşanıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Kieler Nachrichten" qəzeti məlumat yayıb.
Qəzetin yazdığına görə, 64 yaşlı Yens Şoltsun rəhbərliyi altında Şlezviq-Holşteyn Universitetinin tibb mərkəzi 100 milyon avro ziyana uğrayıb.
Amma itkilərə baxmayaraq, Almaniya kanslerinin qardaşı illik 480 min avro olan maaşından əlavə 180 min avro illik mükafatını da alıb. Nəşr qeyd edir ki, bu maaş onu Şlezviq-Holşteynin ən yüksək maaş alan dövlət qulluqçusu edir.
Xəstəxananın nümayəndəsi, həmçinin qəzetə bildirib ki, Şoltsun pul mükafatı ilə bağlı bütün məlumatlar məxfidir.
Nəşr, digər məsələlərlə yanaşı, Almaniya Maliyyə Nazirliyinin bonus mövzusunu şərh etmədiyini, Şolts ilə müqaviləyə iqtisadi məqsədlərə və digər göstəricilərə çatma dərəcəsinə əsaslanan mükafatın daxil olduğunu vurğulayıb.
"Olaf Şolts" teqi üzrə xəbərlər
- Almaniyada yeni hakimiyyət - Ukraynanın silahlanmasında çox fəal rol oynayacaq
- Braziliya prezidenti: "Rusiyalıların öldürülməsi üçün silah satmaq fikrində deyiləm"
- ABŞ Ukraynaya sülhməramlı kontingent göndərməyə hazırlaşır? - Tramp AÇIQLADI
- Ukraynadan sonra suya düşən planlar: Qərbin baş tutmayan "inqilab ssenarisi"
- Münhendə avtomobili insanların üzərinə sürən şəxs həbs olundu