Almaniyanın Korşenbrox yaşayış məntəqəsində kiçikölçülü idman təyyarəsinin yaşayış binasının üzərinə düşməsi nəticəsində azı iki nəfər həlak olub.
Bu barədə NTV telekanalı məlumat yayıb. Hadisə nəticəsində təyyarənin düşdüyü evdə yanğın baş verib. Qəza yerinə dərhal yanğınsöndürənlər və təcili yardım briqadaları cəlb olunub. İlkin məlumatlara əsasən, təyyarə Mönhenqladbax şəhərinə doğru uçarkən pilot mühərrikdə texniki nasazlıq barədə məlumat verib. Bundan az sonra qəza olub.
Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır. Ölənlərin şəxsiyyəti hələlik açıqlanmayıb.
Almaniyanın qərbində yerləşən Korşenbroyx şəhərində (Şimali Reyn-Vestfaliya federal torpağı) yüngül mühərrikli təyyarə yaşayış evinin üzərinə düşüb.
Oxu.Az xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb.
Hadisənin detalları hələlik açıqlanmayıb. Qəzada ölən və ya yaralananların olub-olmaması və insidentin səbəbləri barədə rəsmi informasiya verilməyib. Hadisə yerinə fövqəladə xidmətlər cəlb olunub.
Qəzanın araşdırılması davam etdirilir.