Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Almaniyada xəstəlik məzuniyyətində olan işçiləri detektivlər yoxlayacaq
Almaniyada uzunmüddətli xəstəlik məzuniyyətində olan işçilərin həqiqətən də xəstə olub-olmadığını yoxlamaq üçün detektivlər işə götürülür.
Oxu.Az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
İşəgötürənlər bunu iqtisadi çətinliklər zamanı məhsuldar olmayan işçiləri işdən çıxarmaq üçün təsirli bir üsul kimi görürlər.
Nəşr yazır ki, belə özəl agentliklərdən biri olan "Lentz Group"da müraciətlərin artımı müşahidə olunur. Şirkət hər il təxminən 1 200 sifariş alır.
2021-ci ildə işçilər təxminən 11.1 gün, 2023-ci ildə isə 15.1 gün xəstəlik məzuniyyəti götürüblər. Bu, Almaniyanın ÜDM-nin 0.8% azalmasına səbəb olub.
Qeyd olunur ki, ölkədə işdən yayınma ilə bağlı vəziyyət, İtaliya, Fransa və İspaniya kimi ölkələrdən daha pisdir. Bu, onunla əlaqədardır ki, Almaniyada koronavirus pandemiyasından sonra telefonla xəstəlik məzuniyyəti almaq mümkün olub.
Bəzi işçilər təmir işləri aparmaq və ya ailə işlərinə kömək etmək üçün xəstəlik məzuniyyəti götürürlər.
"Almaniya" teqi üzrə xəbərlər
- Şolts Ukraynaya çatacaq hərbi yardımın qarşısını alır
- Almaniyada 400 illik heykəlin ayağından XƏZİNƏ tapıldı
- Almaniyanın bütün hava limanlarında uzun növbələr yaranıb: Kompüter sistemi sıradan çıxıb
- Suriya lideri Almaniya və Fransanın XİN rəhbərləri ilə görüşüb
- Berlində polis məntəqəsi yaxınlığında partlayış: Yaralananlar var
Rəylər