Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Belçikalı futbolçu "Şamaxı"dan ayrılıb
"Şamaxı" klubu belçikalı futbolçusu Conatan Benteke ilə yollarını ayırıb.
Oxu.Az xəbər verir ki, tərəflər qarşılıqlı razılıq əsasında müqaviləyə xitam veriblər.
Yayda transfer olunan 29 yaşlı futbolçu "Şamaxı" ilə birillik müqavilə bağlamışdı.
Qeyd edək ki, Conatan İngiltərənin "Liverpul", "Kristal Pelas", "Aston Villa" və Belçika milli komandasının keçmiş hücumçusu Kristian Bentekenin qardaşıdır.
"Şamaxı FK" teqi üzrə xəbərlər
Ən çox oxunanlar