"İranın əlindən raket və mümkün nüvə silahlarını qoparmaq lazımdır".
Oxu.Az "Bild"ə istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohan Vadeful deyib.
"Söhbət İranın əlindən silahların qoparılmasından gedir: mümkün nüvə silahları, eləcə də raket silahları. Vacib olan məhz budur. Gəlin, bu rejimdə qorumağa dəyər bir şey olduğunu iddia etməyək! Bu, dəhşətlidir, bu, İran xalqı üçün bəladır", - Y.Vadeful bildirib.
O, həmçinin qeyd edib ki, ABŞ İrana hücumun yolverilməzliyi və danışıqların aparılmasının zəruriliyi ilə bağlı açıq-aydın siqnal verib. Nazirin sözlərinə görə, Almaniya İsraili dəstəkləmək, o cümlədən silah tədarükü ilə bağlı dəqiq öhdəliklərə əməl edir.
Bundan əvvəl ABŞ prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Bolton Vaşinqtonun İsrail və İran arasındakı münaqişəyə birbaşa müdaxilə şansını 50/50 qiymətləndirmişdi. Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp bunun onsuz baş verə biləcəyi fikrini ağlından belə keçirə bilmir.