Almaniyanın qərb bölgəsindəki Şimali Reyn-Vestfaliya torpağında baş verən şiddətli meşə yanğınları səbəbindən Qay kəndinin 1800-ə yaxın sakini təhlükəsiz ərazilərə köçürülüb.
Oxu.Az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.
Qeyd olunur ki, yaşayış məntəqəsinin yaxınlığında 25 hektar ərazi alovlar içindədir.
Mətbuatın yazdığına görə, təbii fəlakət səbəbindən bölgədəki vəziyyət kritik olaraq qalır və ərazidə xüsusi böhran qərargahı yaradılıb.
"WDR" telekanalının məlumatına əsasən, meşəlik sahədə xilasetmə qruplarının hərəkətini təmin etmək və yol açmaq üçün rəsmilər tankdan istifadə etməyə məcbur olublar.