Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Almaniyanın xarici işlər naziri 17 illik evlilikdən sonra boşanır
Almaniyanın xarici işlər naziri Annalena Berbok 17 illik evliliyindən sonra həyat yoldaşı, PR-menecer Daniel Holeflyayşdan boşanır.
Oxu.Az xəbər verir ki, bu barədə "Bild" nəşri ailənin birgə bəyanatına istinadən məlumat yayıb.
"Bir müddət əvvəl birlikdə qərar verdik ki, biz artıq cütlük deyilik", - Berbok və Holeflyayş qeyd ediblər.
Onlar nikahın pozulmasının səbəblərini açıqlamayıblar.
Xatırladaq ki, Berbok və Holeflyayş təxminən 20 il əvvəl "Yaşıllar" partiyasında işləyərkən tanış olublar. Qeyd olunur ki, Berbok karyerası, əri isə ev və uşaqlarla məşğul olurdu. Onların 9 və 13 yaşlı iki qızı var.
"Almaniya XİN" teqi üzrə xəbərlər
- Berbok: "Maliyyəyə çıxış xüsusilə iqlim təsirlərindən ən çox əziyyət çəkən dövlətlər üçün lazımdır"
- Annalena Berbok: "Qadınlar masa arxasında deyillərsə, sülh sazişləri çox vaxt uzun sürmür"
- Almaniya XİN: "İqlim dəyişikliyinin təsirinin azaldılması üçün iqlim maliyyəsi lazımdır"
- Annalena Berbok: "Biz hazırda iqlim maliyyəsi üzrə kritik məqama yaxınlaşırıq"
- Ceyhun Bayramov almaniyalı və niderlandlı həmkarlarına Ermənistanın yaratdığı təhlükədən danışıb
Ən çox oxunanlar
Rəylər