İsveçin şimalında mikroavtobusun və yük avtomobilinin toqquşması nəticəsində altı əcnəbi həlak olub.
Oxu.Az RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, ölkə polisinin məlumatına görə, hadisə yanvarın 12-nə keçən gecə Kiruna şəhəri yaxınlığında baş verib.
Yol-nəqliyyat hadisəsinin səbəbi hələlik müəyyənləşməyib. Həlak olanların qohumları bu barədə məlumatlandırılıb.
Hazırda İnterpolun standartlarına uyğun olaraq, ölənlərin identifikasiyası aparılır.
Qəza qurbanlarının vətəndaşlığı, yaxud milliyyəti barədə açıqlama verilmir.