Çinin cənubunda Quandun əyalətində 17 yaşlı qohumunu xilas etməyə çalışan 7 nəfərdən ibarət ailə boğularaq ölüb.
Oxu.Az Associated Press-ə istinadən xəbər verir ki, insident ölənlərin xatirəsinin yad edilməsi günü (Tsinmin) baş verib.
Həmin gün ailə üzvləri ulu babalarının məzarını yad etməyə gəliblərmiş.
Qəbir üstünü yığışdırdıqdan sonra qız əllərini yumaq istəyib və su anbarına yıxılıb.
Valideynləri də daxil olmaqla, bütün qohumları ona kömək etməyə çalışıblar, lakin nəticədə hamısı boğulublar.
Məlumata görə, ölənlərin arasında 13 və 15 yaşında iki yeniyetmə olub.
Tsinmin – ölənlərin xatirəsinin yad edilməsi günü adətən aprelin 5-də qeyd olunur. Bu gündə Çində işləmirlər. Tsinmin zamanı çinlilər adətən təbiət qoynuna çıxır və babalarının qəbirlərini ziyarət edirlər.