Azərbaycanın Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-dən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) verilən məlumata əsasən, Heydər Əliyev prospektinin Böyükşor qovşağından Heydər Əliyev Mərkizinin qarşısına qədər olan hissəsində işlər sürətlə davam etdirilir.
Oxu.Az NİİM-in məlumatına istinadla xəbər verir ki, təmir işləri çərçivəsində asfalt-beton örtüyünün üst qatının götürülərək yenisi ilə əvəzlənməsi, səki daşlarının dəyişdirilməsi, ayrıcı zolağa tamet daşının döşənməsi və s. işlər aparılır.
Tezliklə görülən işlər nəticəsində prospekt yeni görkəm alacaq.