Alyaska sahilləri yaxınlığında 7.2 bal gücündə zəlzələ qeydə alınıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri Sand-Poynt yaşayış məntəqəsindən 87 km cənubda yerləşib.
Təbii fəlakətin ocağı 20.1 km dərinlikdə yerləşib. Sunami təhlükəsi mövcuddur.