ABŞ-ın HDQ-nin dəniz piyadası qoşunlarının veteranı barda əslən Hindistandan olan şəxsləri güllələyib.
Oxu.Az bu barədə “The Times of India”ya istinadən xəbər verir.
Məlumata görə, hadisə fevralın 23-də Kanzas ştatının Oleyte şəhərinin barlarının birində baş verib. 51 yaşlı Adam Purinton “Rədd olun mənim ölkəmdən!” qışqıraraq tapançanı çıxarıb, yaxınlıqda oturan hindistanlılara atəş açıb. Hindistanın Hayderabad şəhərindən olan 32 yaşlı aviasiya mühəndisi Şrinivas Kuçibhotla hadisə yerində ölüb, onun həmkarları Alok Madasami və İan Qrillot isə xəstəxanaya yerləşdiriliblər.
Hadisədən bir neçə saat sonra şübhəli bilinən şəxs saxlanılıb, ona qarşı bilərəkdən qətl törətmək maddəsi ilə ittiham irəli sürülüb.
N.О.
www.oxu.az