ABŞ hərbçiləri Ərəbistan dənizində "Abraham Lincoln" aviadaşıyıcısına yaxınlaşan İran pilotsuz uçuş aparatını vurublar.
Oxu.Az bildirir ki, bu barədə "Reuters" agentliyinə ABŞ rəsmisi məlumat verib.
Məlumata görə, "Shahed-139" tipli dronu aviadaşıyıcı istiqamətində hərəkət edib və ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "F-35" qırıcısı tərəfindən məhv edilib.