Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Amerikalı iş adamının varisləri qarajda toz basan avtomobillərdən milyonlarla dollar qazandılar
"RM Sotheby's" hərrac evi avtomobillərin vəziyyətinə görə qeyri-rəsmi "Junkyard" (zibilxana) adını almış məşhur Rudi Klayn kolleksiyasının əsas lotlarının satışını başa çatdırıb.
Oxu.Az xəbər verir ki, bu barədə Auto.ru məlumat yayıb.
Qeyd olunur ki, kolleksiyada olan təkcə beş avtomobilin satışı R.Klaynın varislərinə 20 milyon dollar qazandırıb.
Amerikalı iş adamı Rudi Klayn köhnə model avtomobilləri, həmçinin nadir əşyaları toplamaq həvəsi ilə seçilib. Lakin bir qayda olaraq, satın alındıqdan dərhal sonra həmin avtomobillər unudulub, onlardan bəziləri isə qaraja düşdükdən sonra bir daha gün üzü görməyib.
R.Klayn 2001-ci ildə vəfat edib, lakin onun varisləri kolleksiyasını yalnız indi açıq hərraca çıxarıblar.
"Avto-moto" teqi üzrə xəbərlər
- Orijinal olmayan avtomobil şüşələri: Aşağı qiymətin arxasında nə durur?
- "Mercedes-AMG"nin rəhbəri şirkətin müştərilərini itirməsinin səbəbini açıqladı
- Çində transformer avtomobillərin satışına başlanıldı
- Dünyanın ən təhlükəsiz avtomobilləri açıqlandı - SİYAHI
- Yağışda avtomobili idarə etmək: Yolda riskləri necə azaltmalı?
Rəylər