Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Amerikalı tarixçilər: “Erməni soyqırımı” olmayıb
Moskvada türk və amerikalı tarixçilər tərəfindən birgə hazırlanmış və “erməni soyqırımı”nı inkar edən kitab təqdim olunub.
Bu sözləri Oxu.Az-a açıqlamasında Bakı Slavyan Universitetinin Jurnalistika kafedrasının müdiri, dosent, Ermənistanın saxtakarlığı haqqında bir çox sənədli filmin müəllifi Şəlalə Həsənova deyib.
“Cəbhəyanı rayonlardan ermənilərin imperiyanın içərilərinə köçürülməsi ilə bağlı qəbul olunmuş qərar müsəlmanlar kimi, xristianlar üçün də faciəvi nəticələrə səbəb oldu”, - bu sözlər Cantin Makkarti, Esat Asrlan, Cəlaməddin Taşkıran və Ömər Turanın müəllifi olduğu “Vanda erməni üsyanı” adlı kitabda yazılıb.
Ş.Həsənova məlumat verib ki, mayın 31-də Moskvadakı nəşriyyatlardan birində amerikalı hərbi tarixçi Edvard C. Erksonla görüş çərçivəsində onun “Türklər və ermənilər: Üsyançılarla mübarizənin araşdırılması” kitabının təqdimatı olacaq.
Bu kitabda erməni inqilab komitələrinin fəaliyyəti və Osmanlı imperiyası dövründə ermənilərin köçürülməsi haqqında faktlar dərc olunub.
Kitab 2013-cü ildə ABŞ-da, 2015-ci ildə Türkiyədə nəşr olunub.
Əli Məmmədov
www.oxu.az
"Bakı" teqi üzrə xəbərlər
- Bakıda iş adamı onu ev pişiyinə oxşadan işçisini vəhşicəsinə döydü - ANBAAN GÖRÜNTÜLƏR
- Bakıda erməni görsəniz, nə edərsiniz? - Sakinlər arasında maraqlı SORĞU
- Annalena Berbok: "Bakıda bütün qitələrdə iqlim koalisiyalarının yaradılması üzərində çalışırıq"
- "The Telegraph": "Bakı gözlədiyinizdən daha çoxunu təklif edir"
- Qarabağ qazisi Bakıda binaları COP29-a uyğun rəsmlərlə bəzədi
Rəylər