Ankara şəhərinin meri İbrahim Melih Gökçek şənbə günü Şəhər Şurasının növbədənkənar iclasında istefa verəcəyini elan edəcək.
Oxu.Az-ın xəbərinə görə, o, bu barədə öz Twitter hesabında yazıb.
“İnşallah şənbə günü Ankara Şəhər Şurasının növbədənkənar iclasını toplayacam, Şura üzvləri ilə vidalaşacam və istefa verəcəm”, - M.Gökçək yazıb.
Qeyd edək ki, bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankara merini istefa verməyə çağırıb.
S.B.
www.oxu.az