Türk respublikasının yaradıcısının mavzoleyi önünə toplaşan aksiya iştirakçıları Mustafa Kamal Atatürkün nəhəng portretini yaradıblar.
Oxu.Az Euronews-a istinadən xəbər verir ki, bu kütləvi mədəni tədbirlə onlar Atatrükün rəhbərliyi altında türk ordusunun 1922-ci ildə yunan ordusu üzrəində qələbəsinin növbəti ildönümünü qeyd ediblər.
6 min insan rəssamın müəyyən etdiyi yerlərdə dayanıblar. Vertolyotdan video çəkilişi aparılıb.
Aksiya təşkilatçıları bu tədbirin Ginnesin rekordlar kitabına düşəcəyinə ümid edirlər. Daha öncə belə portretlər İzmir, Bursada yaradılıb, amma bu qədər nəhəng olmayıb.