Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Ankara və İstanbulda onlarla insan saxta spirtli içkinin qurbanı olub
Yanvarın ortalarından bəri İstanbulda saxta spirtli içki qəbulundan 70 insan ölüb.
Oxu.Az NTV telekanalına istinadla xəbər verir ki, bunu İstanbul vilayətinin valisi Davut Gül deyib.
Onun sözlərinə görə, yanvarın 14-dən fevralın 6-dək İstanbulda 70 nəfər saxta alkoqolun qurbanı olub:
"150-dən çox insan tibbi yardım üçün xəstəxanalara müraciət edib. Alkoqol məhsullarının qanunsuz dövriyyəsi ilə mübarizə üzrə əməliyyat çərçivəsində 190 nəfər saxlanılıb, onlardan 11-i müvafiq cinayət işlərinin təhqiqatı çərçivəsində həbs edilib".
Vali əlavə edib ki, İstanbul polisinin keçirdiyi əməliyyatda 86 min litrdən çox metil və etil spirti ələ keçirilib.
Ankarada 33 nəfər saxta spirtli içkinin qurbanı olub.
Oxu.Az-ın NTV telekanalına istinadla xəbər verir ki, bunu Türkiyənin Ankara vilayətinin valisi Vasip Şahin deyib.
Onun sözlərinə görə, 33 nəfər saxta alkoqol içdiyinə görə ölüb, daha 20 nəfər reanimasiyadadır.
Vali bildirib ki, bazara saxta alkoqolun çıxarılması ilə bağlı vəziyyətin araşdırılması çərçivəsində 32 nəfər saxlanılıb.