Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Ankarada ağır qəza: Bir ailənin 5 üzvü həlak oldu
Türkiyədə ağır yol qəzası baş verib.
Oxu.Az "Haber Global"-a istinadən xəbər verir ki, minik avtomobilinin xəndəyə yuvarlanması nəticəsində bir ailənin 5 üzvü həlak olub.
Məlumata görə, hadisə Ankara-Çankırı yolunda baş verib. Ölənlərin cəsədləri avtomobildən çıxarılıb.
Qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.
"Avtomobil qəzası" teqi üzrə xəbərlər
Ən çox oxunanlar