Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Hakan Fidandan Suriyadakı hadisələrlə bağlı AÇIQLAMA
Türkiyənin Xarici işlər naziri Hakan Fidan Suriyadakı hadisələrlə bağlı mətbuat konfransı keçirib.
Oxu.Az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Nazir bəyan edib ki, Türkiyə Suriyanın ərazi bütövlüyünə önəm verir.
"Artıq ölkəsini tərk etməli olan milyonlarla suriyalı öz ölkələrinə qayıda bilər. Yeni administrasiya nizamlı şəkildə qurulmalıdır. İnklüzivlik güzəştsiz prinsip olmalıdır. İntiqam heç vaxt məqsəd olmamalıdır. İndi ölkəni yenidən qurmağın vaxtıdır", - XİN rəhbəri bildirib.
Fidanın sözlərinə görə, yeni hökumət elə hərəkət etməlidir ki, bütün tərəfdarları əhatə etsin.
"Dövlət qurumları qorunmalıdır. Bütün tərəfləri diqqətli və təmkinlə hərəkət etməyə çağırırıq. Regionu daha dərin qeyri-sabitliyə doğru aparmamaq lazımdır. Suriyanın bütövlüyü qorunmalıdır. Müxtəlif qruplarla əlaqə saxlayırıq. İŞİD və PKK-nın bu vəziyyətdən istifadə etməməsi üçün əlimizdən gələni edirik. Türkiyə terrorla mübarizə üçün bütün addımları atacaq", - nazir qeyd edib.
Nazir Türkiyə rəhbərliyinin dialoq çağırışlarına baxmayaraq, Ankaranın Bəşər Əsədlə heç bir əlaqəsinin olmadığını bildirib. Onun sözlərinə görə, Əsədin harada olduğu Türkiyə tərəfinə məlum deyil.
"Hakan Fidan" teqi üzrə xəbərlər
- XİN başçısı: "Türkiyə olaraq Qəzzaya əlimizdən gələn dəstəyi göstərəcəyik"
- Hakan Fidan: "Azərbaycan, Türkiyə və Özbəkistan Ankarada üçtərəfli görüş keçirəcəklər"
- Hakan Fidan: "Əməkdaşlığımızı fərqli regionlarda üçlü və dördlü formatlarda davam etdirəcəyik"
- Ceyhun Bayramov: "Türkiyənin Suriyanın yeni hakimiyyətinə dəstəyi mühüm əhəmiyyət kəsb edir"
- Hakan Fidan Azərbaycana səfər edəcək
Rəylər