Türkiyənin paytaxtında çoxsaylı insan tələfatı ilə nəticələnmiş terror aktı Kürd Fəhlə Partiyasının (PKK) üzvü, 1992-ci il təvəllüdlü Seher Çağla Demir tərəfindən törədilib.
Oxu.Az xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyinin saytında yerləşdirilən məlumata əsasən, terrorçu-kamikadze Qars vilayətinin Kağızman rayonunda pasport qeydiyyatında olub.
O, 2013-cü ildən PKK sıralarına qoşulub. Sonradan Suriyaya keçib və YPG terror təşkilatında olub.
Qeyd edək ki, martın 13-də Ankaranın mərkəzində törədilən terror aktı nəticəsində 34 nəfər ölüb, 125 nəfər yaralanıb.