Anqolanın qərb bölgəsində daşqınlar nəticəsində 35-i uşaq olmaqla, 64 nəfər ölüb.
Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, təbii fəlakət ən çox paytaxt Luandadan 500 km aralıda yerləşən Lobitu şəhərinə ziyan vurub.
Adıçəkilən şəhərdə 119 ev və 8 məktəb dağılıb. Öz evlərini tərk etməyə məcbur olanlara çadırlar paylanır. Təbii fəlakət zonasında polis, hərbçilər, yanğınsöndürənlər və könüllülərin iştirakı ilə xilasedici işlər davam edir.
Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin