Türkiyənin Antalya vilayətində meşəlik ərazidə yanğın başlayıb.
Bu barədə Oxu.Az "TRT Haber"ə istinadən xəbər verir.
Qeyd olunub ki, yanğının söndürülməsinə beş təyyarə, 15 helikopter, 75 yanğınsöndürmə briqadası, üç ağır texnika və 450 nəfər şəxsi heyət cəlb olunub.
Yanğının söndürülməsi və alovun yaxın ərazilərə yayılmasının qarşısının alınması istiqamətində işlər davam etdirilir.
Qaynar xətt:
(055) 224 12 12