İngiltərə Premyer Liqasının 3-cü turu çərçivəsində "Everton" və "Mançester Yunayted" arasında keçirilən matç başa çatıb.
Oxu.Az xəbər verir ki, görüş 2:2 hesabı ilə yekunlaşıb.
Görüşdə Brayan Mbemo 46-cı dəqiqədə hesabı açaraq mankunianları önə keçirib. Tayrik Corc 83-cü dəqiqədə hesabı bərabərləşdirib. Qonaqların ikinci qolunu 88-ci dəqiqədə Bencamin Şeşko vurub. Eynsli Meytland-Nayls isə 90+6-cı dəqiqədə fərqlənərək "Evertonu" məğlubiyyətdən xilas edib.
Bu oyundan sonra "Everton" 5 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. "Mançester Yunayted" isə 4 xalla 11-ci sıradadır.